İyul ayında yolka qurub, fişəng atıb, 2021-ci ili qeyd etdilər – VİDEO

0
524

2020-ci ilin bütün dünya üçün çətin gəldiyini yəqin ki, hamı qəbul edir. Lakin deyəsən bundan ən çox yorulan “Burger King” olub.

Mürəkkəb 2020-ci ili bitirməyə qərar verən şirkət Yeni İli iyul ayında keçirib. Restoranlar şəbəkəsi bununla bağlı maraqlı rolik hazırlayıb.

“2020 – sınaq ili oldu. Və biz bu işi görürük ki, onu tez bitirək”, – deyə “Burger King”in nümayəndəsi bildirir.

Videoda ,həmçinin, insanlardan 2020-ci il barədə təəssüratlarını bölüşmələri istənilir. Onların əksəriyyəti baş verənlərdən yorulduqlarını və bu ili başa çatdırmağın vaxtı olduğunu deyiblər.