Gənc futbolçu hücuma məruz qaldı, avtomobili yandırıldı – FOTO

0
323

Fransanın “Brest” klubunun futbolçusu Ronael Pyer-Qabriel cinayətkarların hücumuna məruz qalıb.

Bu barədə “Brest” klubu rəsmi məlumat yayıb.

Qeyd olunur ki, 22 yaşlı müdafiəçi hadisə nəticəsində yaralanıb və onun avtomobili yandırılıb.

Qeyd edək ki, müqavilə ilə Almaniyanın “Maynts” klubuna məxsus olan müdafiəçi iki həftə əvvəl icarə əsasında “Brest”ə keçib.