Çevriliş gecəsinin həqiqətləri: Ərdoğanın və şəhid mühafizəçisinin otağında güllə izləri… – FOTO

0
623

Dörd il əvvəl, iyulun 15-də Türkiyədə baş vermiş çevriliş cəhdi zamanı Prezident Rəcəb Tayyib Ərdoğanın iş ofisi olaraq istifadə etdiyi otaq və mühafizəçisi, şəhid Mehmet Çetinin otağı jurnalistlər üçün açılıb.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

Həmin gecədən sonra hotel rəhbərliyi tərəfindən bağlanan otaqlarda əşyalar hadisə günü olduğu kimi qorunub saxlanılıb.

tərəfindən bağlanan otaqlarda əşyalar hadisə günü olduğu kimi qorunub saxlanılıb.

 

Otaqlarda çevriliş gecəsi atılmış əl qumbaraları və güllə izlərini aydın şəkildə görmək mümkündür. Hər iki otağın partlayışdan sonra sınmış şüşələri də olduğu kimi saxlanılıb.

Təkcə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mühafizəçisi Mehmet Çetinin otağında bir kresloda 18, ümumilikdə isə 40 güllə izi aşkarlanıb. R.T.Ərdoğanın istifadə etdiyi otaqda isə 80-dan artıq güllə izi tapılıb.