Azərbaycanda poliklinikanın şöbə müdiri koronavirusdan öldü

0
405

Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib.

25 saylı şəhər poliklinikasının terapiya şöbəsinin müdiri Aida İsmayılqızının COVID-19 test nəticəsi müsbət çıxıb.

O, koronavirusdan vəfat edib.

Poliklinikadan məlumatı saytımıza təsdiq ediblər.

Bildirilib ki, mərhum ötən gün ölüb.