Koronavirusa yoluxmuş məşhur tennisçi təkrar testdən keçməkdən imtina etdi

0
456

Dünyanın bir nömrəli raketka ustası, serbiyalı Novak Cokoviç təkrar koronavirus testi verməkdən imtina edib.

N.Cokoviç Xorvatiyada təşkil edilən “Adria Tour” tennis turnirində pandemiyaya yoluxmuşdu. Məlumata görə, onun xanımı Yelenada da COVID-19 aşkarlanıb.

Həkimlərin məsləhəti ilə N.Cokoviç beş gün sonra yenidən COVID-19 testindən keçməli idi, lakin məşhur tennisçi xəstəliyin asimptomatik keçdiyini əsas gətirərək, ikinci dəfə analiz verməyin mənasız olduğunu bildirib.