Sumqayıtda kişi özünü yeddinci mərtəbədən atdı

0
115

Sumqayıt şəhərində intihar hadisəsi qeydə alınıb.

Hadisə 13-cü mikrorayonda baş verib.

Şəhər sakini, 66 yaşlı Bayram Rüstəmov yaşadığı binanın yeddinci mərtəbəsinin yataq otağının pəncərəsindən özünü ataraq intihar edib.

Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.