Ermənistan təmas xəttində yeni təxribata hazırlaşır – FAKTLAR

0
134

Ermənistan Azərbaycanın işğal altındakı ərazilərində yeni təxribata hazırlaşır.

Aprelin 28-dən 30-na qədər düşmən ordusunun Qarabağda yerləşən xüsusi təyinatlı qüvvələr taktiki təlimlərə başlayıb.

 

Qarabağdakı separatçı rejimin “Baş qərargah rəsinin müavini” Kamo Vardanyanın izlədiyi taktiki təlimlər zamanı gecə şəraitində müdafiə və əks-hücum taktikaları sınaqdan çıxarılıb. Təlimlərdə xüsusi təyinatlı qüvvələrlə ayrı-ayrı qoşun növləri arasında əlaqə yoxlanılıb.

 

Maraqlıdır ki, bundan bir neçə gün əvvəl, aprelin 26-da Qarabağda Ermənistan Ordusu 2019-cu ilin oktyabrından bəri ilk dəfə minomyotlardan istifadə edərək atəşkəsi pozmuşdu.

60-mm və 82 m-lik minomyotlardan istifadə edən düşmən tərəfi snayper tüfəngləri, pulemyot və s. iti çaplı atəş vasitələrindən də istifadə edib.

Pandemiya fonunda təmas xəttində 1 ildən çoxdur hökm sürən sakitliyi pozan Ermənistan hakimiyyəti ötən ay ərzində işğal altındakı Cəbrayıl, Ağdam və Qubdalı rayonlarında 10 minə qədər qədər hərbçinin iştirak etdiyi taktiki təlimlər də keçirmişdi.

 

Təlimlər canlı qüvvə, ağır texnika, artilleriya vasitələri  ilə intensiv şəkildə aparılır. Atəşkəs rejiminin yaz-yay aylarında xüsusilə intensiv pozulduğunu, “snayper müharibəsi” və diversiyaların artdığını nəzərə alsaq, rəsmi Yerevanın son hərbi fəallığı ilə təmas xəttində gərginliyi artıracaq təxribatlara hazırlaşdığını söyləmək olar.