DTX-nin həbs etdiyi Vilyam Hacıyevin oğlu işdən çıxarıldı – FOTO

0
138

Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs olunan İmişli Rayon İcra Hakimiyyətinin keçmiş icra başçısı Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyev işdən çıxarılıb.

Bu barədə müvafiq əmri Baş prokuror Kamran Əliyev imzalayıb.

Əmrə əsasən, Məhəmməd Hacıyev öz ərizəsi ilə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və İnformasiya Təminatı İdarəsinin prokuroru vəzifəsindən azad edilib.

Qeyd edək ki, DTX-nin əməkdaşları İmişli RİH-nin binasında əməliyyat keçirib və V.Hacıyev saxlanılıb.