Bakıda avtobus sürücüləri arasında koronavirusa yoluxan var? – RƏSMİ AÇIQLAMA

0
196

“Bakı Nəqliyyat Agentliyinin 800-dən çox sürücüsü koronavirus testindən keçirilib”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.

Onun sözlərinə görə, müayinələrin nəticələri mənfi olub:

Sürücülərin heç birində yoluxma faktı qeydə alınmayıb”.

Sədr qeyd edib ki, Agentliyə məxsus qarajlarda ciddi dezinfeksiya tunelləri quraşdırılıb:

“Digər daşıyıcıların sürücülərində koronavirusa yoluxma halları olub, onlarda da dezinfeksiya işləri sürətlə davam etdirilir”.