”Peyvənd bu tarixdə hazır olacaq və hər kəsə…” – Bill Qeyts ELAN ETDİ

0
177

”Koronavirusa qarşı peyvənd gələn ilin sonuna qədər tapılacaq.”Bu fikirləri “Microsoft”un qurucusu Bill Qeyts iddia edib.

Koronavirusla mübarizəyə yardım məqsədilə təşkil edilən toplantıda açıqlama verən Qeyts deyib ki,onlar hazırda bir neçə peyvəndin hazırlanmasında dəstəkçidirilər:

“Mən düşünürəm ki, gələn ilin sonuna qədər bunlardan biri uğurlu olacaq.Çalışacayıq ki peyvənd bütün dünyaya çata bilsin”.

Qeyd edək ki, dünyada xeyriyyəçi kimi tanınan Bill Qeyts son vaxtlar koronavirus mövzusundakı açıqlamaları ilə diqqət çəkir. Hətta bəziləri iddia edir ki, koronavirusun yayılmasında Bill Qeyts səbəbkardır.