Nobel mükafatçısından ŞOK İDDİA: koronavirusda QİÇS var

0
400

SARS-CoV-2 virusunda QİÇS-ə yol açan parçalar tapılıb.

Bunu Nobel mükafatçısı fransız viroloq Luk Montaqnayer iddia edib.

Professorun sözlərinə görə, bu, virusun laboratoriyada yaradılmış ola biləcəyinin isbatıdır: “Araşdırmalarımızda koronavirusun dəyişdirildiyi nəticəsinə gəldik. Yarasadan yoluxan klassik bir virus modeli var. Bu modelin üzərinə isə QİÇS hissəcikləri əlavə olunub”.

Montaqnayer bildirib ki, bu dəyişikliyi etməkdə məqsəd yeni virusu QİÇS-ə qarşı peyvənd hazırlamaq ola bilər.

Qeyd edək ki, virusun təbii yolla deyil, laboratoriyada yaradıldığı və yayıldığına dair fikirlər dünya ictimaiyyətində şübhə ilə qarşılanır.