Koronavirusun ən az qeydə alındığı ölkələr

0
175

Dünyada koronavirusa ən az yoluxma faktı qeydə alınan ölkələr bəlli olub.

Ən az yoluxma Yəməndədir. Bu ölkədə cəmi 1 yoluxma faktı var.

Cənubi Sudanda isə yoluxma faktı 4-ə bərabərdir. Cənubi Asiyada yerləşən Butanda isə 5 yoluxma faktı var. Burundi də bu göstərici 5-ə bərabərdir. Lakin onlardan biri dünyasını dəyişib. Papua-Yeni Qvineya və Mavritaniyada ən az yoluxma faktı qeydə alınan ölkələrdəndir. İndiyədək hər iki ölkədə 7 yoluxma faktı qeydə alınıb. Lakin Mavritaniyadan fərqli olaraq, Papua-Yeni Qvineyada bir nəfər Covid-19-un qurbanı olub.

Bundan başqa, Qambiada 9 yoluxma, 1 ölüm, Nikaraquada 9 yoluxma, 2 ölüm, Surinamda isə 10 yoluxma, 1 ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, indiyədək dünyada 2,3 milyondan çox insan koronavirusa yoluxub. Onlardan 161 949-ü dünyasını dəyişib.  Son məlumata görə, 606 675 nəfər əvvəlki sağlamığına qovuşub.