Koronavirusdan ölən adamı necə yuyurlar? – Detallar

0
203

 Koronovirusdan ölən adamın meyitinin yuyulması hansı qaydada həyata keçirilir.

Meyiti yuyan,dəfnə hazırlayan şəxs koronovirusa yoluxa bilərmi?

Bununla bağlı koronovirus.az saytında yazı paylaşılıb.

COVID-19 yeni bir xəstəlikdir və onun yayılma yolları hələ də öyrənilir. COVID-19-a səbəb olan virusun, əsasən COVID-19-a yoluxmuş insanla yaxın təmasdan (yəni 1 metrdən az məsafədə) yayıldığı düşünülür. Virusun, yoluxmuş bir insanın qrip və digər tənəffüs yolu infeksiyalarında olduğu kimi öskürdüyü və ya asqırdığı zaman yaranan tənəffüs damcıları vasitəsilə yayıldığı artıq məlumdur. Bu damcılar yaxınlıqdakı insanların ağızına və ya burnuna düşə bilər və ya nəfəsalma zamanı ağciyərlərə düşə bilər. Bu yayılma növünün xəstə öldükdən sonra baş verməsi mümkün deyildir.

İnsanlar COVID-19-dan ölən şəxsin cəsədinə toxunmamağa çalışmalıdır. Yaşlı insanlarda və ağır yanaşı xəstəliyi olan hər yaşda insanlarda ciddi COVİD-19 xəstəliyinin inkişaf riski yüksəkdir. Virusun toxunuşun bəzi növlərindən sonra yayılması ehtimalı az ola bilər, məsələn, ölmüş insanın əlini tutmaq və ya cəsədi baxışa hazırladıqdan sonra qucaqlamaq. Meyidin hazırlanmasından əvvəl, həmin vaxt və sonra onu öpmək, yumaq və kəfən geyindirmək kimi digər fəaliyyətlərdən, mümkündürsə çəkinin.

Bədənin yuyulması və ya kəfənlənməsi vacib dini və ya mədəni mərasimlərdir. Ailələr icmanın mədəni və dini rəhbərləri və cənazə evlərinin (məscidlərin) əməkdaşları ilə birlikdə məruz qalmanı mümkün qədər azaltmaq mövzusunda müzakirə aparmaları tövsiyə olunur. Ən azı, bu işləri həyata keçirən insanlar birdəfəlik istifadə üçün nəzərdə tutulmuş əlcək və maska geyinməlidir. Maye sıçraması gözlənilirsə, əlavə fərdi qoruyucu vasitələr (FQV) tələb oluna bilər (məsələn, birdəfəlik istifadə üçün nəzərdə tutulmuş xalat, üz maskası və ya gözlüklər).

Təmizləmə bütün təmizlik və dezinfeksiya məhsullarının (məsələn, konsentrasiyası, tətbiqetmə üsulu və əlaqə vaxtı və s.) istehsalçılarının təlimatlarına uyğun aparılmalıdır.

FQV çıxarıldıqdan sonra əlləri ən az 20 saniyə ərzində sabun və su ilə yuyun, bu mümkün olmadıqda tərkibində ən az 60%-lı spirt olan əl dezinfeksiyaedicilərdən istifadə edin. Əllərin çirkli olması gözlə görünürsə, sabun və su istifadə edilməlidir.