İNK-dan yeni təyinatlar

0
411

İctimai Nəzarət Koalisiyasının İdarə Heyətinin qərarı ilə bu təşkilatın Bərdə və Ağcabədi rayonları üzrə nümayəndəliyinə yeni rəhbərlər təyin olunmuşdur.

İNK-nın Bərdə rayon nümayəndəliyinin sədri təyin olunmuş Yalçın Məmmədov rayon fermer təsərrüfatının inkişafında, eyni zamanda bu rayonda ictimai nəzarətin həyata keçirilməsində fəallığı və işguzarlığı ilə fərqlənmişdir.

İNK-nın Ağcabədi nümayəndəliyi üzrə sədri  təyin olunmuş İlham Əsgərov da rayon ictimaiyyətinin ictimai nəzarətə cəlb edilməsində və əhalini narahat edən problemlərin həlli istiqamətində fəal mövqeyi ilə dəyərləndirilmişdir.

Onu da qeyd edək ki, İctimai Nəzarət Koalisiyasının  Biləsuvar reginal nümayəndəliyinin sədri Hidayət Həsənov işdə fəaliyyətsizliyi, təşkilatın qaydalarına riayətsizliyi, bələdiyyə sistemindəki nöqsanlarına görə təşkilatın sırasından uzaqlaşdırılmışdır.

 

“ictimaixeber.az”