Gürcüstanda koronavirusdan ilk ölüm halı: azərbaycanlıların yaşadığı bölgədəndir

0
342

Koronavirus pandemiyası ilə əlaqədar Gürcüstanda fövqəladə vəziyyət elan olunaraq bütün ölkə ərazisində karantin tətbiq edilib Gürcüstanda koronavirusdan ilk ölüm faktı qeydə alınıb.

 Birinci universitet klinikasının başçısı Levan Ratiani koronavirus infeksiyasının törətdiyi ağır fəsadlar nəticəsində bir qadının dünyasını dəyişdiyini deyib.

“79 yaşı olan həmin qadın Marneuli-Bolnisi klasterindəndir. Onun əlavə ağır xəstəlikləri də vardı, ürək çatışmazlığından əziyyət çəkirdi”, – Ratiani bildirib.

Bu vaxtadək Gürcüstanda 156 nəfərdə koronavirus təsbit olunub, onlardan 28-i sağalıb.

Koronavirus pandemiyası ilə əlaqədar Gürcüstanda fövqəladə vəziyyət elan olunaraq bütün ölkə ərazisində karantin tətbiq edilib. Martın 31-dən komendant saatı qüvvədədir: 21:00-dan 6:00-dək küçəyə çıxmaq qadağandır. Metro da daxil olmaqla ictimai nəqliyyatın hərəkəti tam dayandırılıb. Bütün şəhərlərin giriş-çıxışlarında vətəndaşların hərəkətinə nəzarət etmək üçün blok-postlar qurulub.