Bu ölkədə koronaviruslu xəstələrin sayını ÜST-dən pul almaq üçün şişirdirlər…”

0
328

İnfarktdan ölümü koronavirusdan ölümə aid etmək üçün insanlara 100 min dram verilməsi haqda məlumatlar yayılır…”

“Mümkündür ki, Ümumdünya Səhiyyə Təşkilatından pul almaq üçün Ermənistanda koronavirusa yoluxanların sayı ilə bağlı rəqəmləri süni şəkildə artırmaq üçün hər şey edilir”.
Bu fikri “Paracelsus” ictimai təşkilatının təsisçisi Nune Nersisyan bu gün – aprelin 28-də jurnalistlərlə görüşündə bəyan edib.
Onun sözlərinə görə, dediklərini infeksiyasız insanların yoluxmuş xəstələrlə birgə təcrid olunması barədəki bir çox məlumatlar da təsdiqləyir.  QHT rəhbəri bildirib ki, belə bir hal Maralikdəki doğum xəstəxanasının bir əməkdaşının da başına gəlib.
“Bundan əlavə, sosial şəbəkə istifadəçisi Elina Ayvazyan öz səhifəsində infarktdan ölümü koronavirusdan ölümə aid etmək üçün insanlara 100 min dram verilməsi haqda  şərh və mənə şəxsi mesaj yazıb. Digər bir istifadəçi Mari Dallakyan  onun qohumunun müsbət bir müayinə testi və kəskin pnevmoniya ilə Malatiya-Sebastiyadakı  doğum xəstəxanasına köçürüldüyünü və temperaturun ölçülməsindən başqa heç bir köməklik göstərilmədiyini bildirib”-   N.Nersisyan belə deyib.
Nune Nersisyan onu da diqqətə çatdırıb ki, Ermənistanda  heç kim sosial məsafəyə riayət etmir və insanlar istədikləri yerə gedirlər, anketləri doldurmaq isə yalnız vətəndaşların hərəkətinə nəzarət üsuludur.
“Ölkədə real deyil, ancaq bir psixoloji Fövqəladə Vəziyyət var”- deyə erməni təşkilat rəhbəri vurğulayıb.