Bu da “virus süni deyil” deyən çinli alimə rus həmkarından cavab

0
295

A.Butenko qeyd edib ki, virusun attenuasiya ştammını, vaksinləri yaratmaq, eləcə də orta qabiliyyətli virus hissəciklərini sintez etmək mümkündür

“İndi, demək olar ki, mümkün olmayan nəsə yoxdur”.

Bu sözləri virusologiya üzrə D.İ.İvanovski mükafatı və Elm və texnika üzrə Rusiya Dövlət Mükafatının laureatı Aleksandr Butenko “Qovorit Moskva” radiosuna müsahibəsində deyib. Bununla o, Uhan Virusologiya İnstitutunun başçısı Yuan Çjiminin koronavirusun süni mənşəli olmadığı, laboratoriyada yaradılmadığı iddiasına  münasibət bildirib.

A.Butenko qeyd edib ki, virusun attenuasiya ştammını, vaksinləri yaratmaq, eləcə də orta qabiliyyətli virus hissəciklərini sintez etmək mümkündür.

“Nəzəri olaraq, bu variant mümkündür. Ona görə belə fikirləşirəm ki, son ayların ədəbiyyatı ilə tanışam”, – Butenko izah edib. O qeyd edib ki, infeksiyaların laboratoriyalarda konstruksiyası müalicəni tapmağa yardım edir. Bundan başqa, alim bunu profilaktika və diaqnostikanın vacib elementi sayır.

Bununla yanaşı, alim vurğulayıb ki, günümüzdə dünya təbiət ocaqlı xəstəliklə üz-üzədir.

Onun sözlərinə görə, koronaviruslar “dəyişkənliyə meyllidir, eyni zamanda müəyyən genlərlə mübadilə nəticəsində onlar inkişaf prosesi keçir, insanlar üçün yaxşı və ya pis tərəfə dəyişirlər”.

Bundan başqa, SARS-COV-2-yə bənzər viruslar yarasalardan və təbiətin digər obyektlərindən də alınır.

“Bunun sübutları var. Təsadüfən yaranan, yaxud laboratoriyada alınan viruslara gəlincə, hətta pandemiya bitsə belə, təbiətdə bu cür viruslar qalacaq”, – Butenko qeyd edib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 252 000-i ötüb. Bunların 574 818 nəfəri sağalıb, 154 331 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.