Bakıda insan kəlləsi tapılıb

0
341

Martın 30-da Bakının Sabunçu rayonu, Nardaran kəndi ərazisindəki “Lahıc bağları” adlanan ərazidə insan kəlləsi tapılıb.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Yerli sakinlər tapdıqları kəlləni Sabunçu Rayon Polis İdarəsinə təhvil veriblər. Məsələni ciddi araşdıran hüquq-mühafizə orqanlarının əməkdaşları “məyus” olublar.

İlkin araşdırma zamanı məlum olub ki, kəllə sümüyü həqiqi deyil və yaxınlıqdakı məktəbdə tədris aləti kimi istifadə edilib. Belə olan halda isə hansısa cinayət tərkibli əməldən söhbət gedə bilməz.