“Alfa Romeo” komandasının virtual Formula 1 Vyetnam Qran-Prisi üçün heyəti açıqlanıb

0
419

“Alfa Romeo” komandasının aprelin 5-də keçiriləcək virtual Formula 1 Vyetnam Qran-Prisi üçün heyəti açıqlanıb.

Yarışda komandanı hazırkı pilot Antonio Covinatsi və 2009-cu ildə Formula 1 üzrə dünya çempionu Censon Batton təmsil edəcəklər.

Yarış Formula 1-in rəsmi “YouTube”, “Twitch” və “Facebook” səhifələrində canlı yayımlanacaq.

Vyetnam ilə yanaşı, təxirə salınan Niderland, İspaniya və Monako virtual yürüşlərinin də keçirilməsi planlaşdırılır.

Çempionatın iyunadək davam etməsi gözlənilir.