100 il öncə ispan qripinə qalib gəlmişdi, indi də koronavirusa… – Foto

0
459

100 il öncə ispan qripinə qalib gəlmişdi, indi də koronavirusa...

100 il əvvəl ispan qripindən sağalan 104 yaşlı italiyalı pasiyent Ada Zanusso bu dəfə də koronavirusa qalib gəlib.

Zanussso koronavirusa martın 17-də qocalar evində yoluxub. Həkimlərin məlumatına görə, o, hazırda özünü yaxşı hiss edir və müstəqil hərəkət edə bilir.

Qocalar evində onunla birgə yaşayan 20 digər sakinin isə xəstəlik səbəbindən həyatını itirdiyi bildirilib.

Məlum olub ki, Ada Zanusso 1918-ci ildə dünyada yayılan və 50 milyondan çox insanın ölümünə səbəb olan İspan qripinə də yoluxub ve ona qalib gəlib.
Onun koronavirusdan sağalan ən yaşlı pasiyentlərdən biri olduğu qeyd olunub.