Pul bu gün də dünyamızda “ən böyük sehrbaz” olaraq qalır – Mütəxəssislərdən maraqlı araşdırma…

0
350


Müasir dünyamızda  yeknəsək əmək prosesinin bir çox hallarda depressiya və psixoloji gərginliyə səbəb olduğu məlumdur.

Bu günlərdə bir qrup mütəxəssisin İsveçrədə apardığı araşdırma məlum problem və ondan yaxa qurtarmağın yolları ilə bağlı maraqlı nəticələrə səbəb olub. Belə ki, 480 respondent arasında aparılan sorğu onların 80%-nin gördükləri işə əsl işgəncə kimi yanaşdıqlarını, bundan əzab duyduqlarını ortaya çıxarıb. Aparılan araşdırma nəticəsində bəlli olub ki, işə əzablı proses, işgəncə kimi yanaşan şəxslərin əmək haqlarına edilən ciddi artım “hər şeyi köklü şəkildə dəyişir”. Belə ki, bugünə qədər sadəcə əzabdan ibarət olan iş, əmək haqqının artması ilə sevimli məşğuliyyətə çevrilir, bütün psixoloji gərginlik və depressiyaya son qoyur.

 

Mütəxəssislərin digər ölkələrdə apardığı analoji sorğu və araşdırmalar da maddi stimulaşdırmanın monoton, yeknəsək əmək prosesinə qarşı ən təsirli vasitə olduğunu göstərib.

 

Bir sözlə, aparılan araşdırmalar nəticəsində məlum olub ki, pul bu gün də dünyamızda “ən böyük sehrbaz” olaraq qalır. Hansı ki, bu sehrbaz ən əzablı işi belə istirahətə, sevincli məşğuliyyətə çevirməyə qadirdir.