“İngiliscə səsin” müsabiqəsinə qeydiyyat davam edir

0
395

“İngiliscə səsin” (“Your english voice”) ingilis dilli müsabiqəsinə qeydiyyat prosesi davam edir.

Bu qurumun tabeliyində olan və Bakı şəhərində yerləşən dövlət ali təhsil müəssisələrinin II və III kurs tələbələri müsabiqədə iştirak edə bilərlər.

Müsabiqəyə qoşulmaq istəyənlər yanvarın 15-dək www.yourenglishvoice.edu.az portalına daxil olaraq qeydiyyatdan keçməlidirlər.

Müsabiqə barədə ətraflı məlumatı www.sabah.edu.az saytından əldə etmək olar.

Qeyd edək ki, müsabiqə Təhsil Nazirliyi və “British Council Azərbaycan”ın birgə təşkilatçılığı, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi və “International House Manchester” dil məktəbinin tərəfdaşlığı ilə keçirilir. Müsabiqənin təşkilində əsas məqsəd tələbələr arasında sağlam rəqabət mühitinin yaradılması yolu ilə ingilis dilinin öyrənilməsinə, eləcə də müxtəlif tipli bilik yarışlarına olan marağın artırılmasıdır.