Hər il beynəlxalq idarəetmə konsaltinq şirkəti “Mercer” tərəfindən keçirilən 26-cı həyat şərtlərinin dəyərinin araşdırılması layihəsinin 2020-ci ilə olan nəticələri açıqlanıb.
Son vaxtlar kütləvi etiraz aksiyalarının şahidi olan Honkonq dünyanın ən bahalı şəhəridir.
Siyahıda ikinci yerdə Türkmənistanın paytaxtı Aşqabad qərarlaşıb. Üçüncü pillədə isə Yaponiyanın paytaxtı Tokio yer alıb.
Siyahını təqdim edirik:
1. Honkonq
2. Aşqabad
3. Tokio
4. Sürix
5. Sinqapur
6. Nyu-York
7. Şanxay
8. Bern
9. Cenevrə
10. Pekin