2020-ci ildə dünyanın səfər edilməsi tövsiyə edilən ölkələrinin siyahısı açıqlanıb.
İlk yerdə Butan Krallığı qərarlaşıb.
Sorğunu aparan “Lonely Planet” turizm portalının tərtib etdiyi siyahıda növbəti yeri İngiltərə sahil mənzərələri ilə tutub. Üçüncü yerdə Şimali Makedoniya milli mətbəxi və təbiəti ilə qərarlaşıb.
Reytinqə, həmçinin Karib dənizinin cənubunda Aruba, Afrikanın cənubunda Esvatini Krallığı, Kosta-Rika, Niderland, Liberiya, Mərakeş və Uruqvay daxildir.