2020-ci ildə dövlət şirkətləri Azərbaycana nə qədər gəlir gətirib? – REYTİNQ + FOTO

0
403

2020-ci ilin yanvar-noyabr ayları ərzində qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlət şirkətlərinin reytinqi açıqlanıb.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.

Cari sektor üzrə dövlətə məxsus şirkətlər 403,9 milyon ABŞ dollarına yaxın ixrac həyata keçiriblər.

Siyahıya 127,4 milyon dollar ixrac həcmi ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir.

Daha sonra bu siyahıda 99,8 milyon dollar ixrac həcmi ilə “Azergold” QSC, 83,6 milyon dollar ixrac həcmi ilə “Azəralüminium” MMC, 56 milyon dollar ixrac həcmi ilə “Azərenerji” ASC, 26,7 milyon dollar ixrac həcmi ilə “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC gəlir.

Eləcə də, müvafiq dövr ərzində “Azərbaycan Hava Yolları” QSC (AZAL) 6,8 milyon dollar, “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC 1,4 milyon dollar həcmində məhsul ixracı həyata keçirib.