Xalq artisti Röyanın “Nazlı”sı – VİDEO

0
461

Xalq artisti Röya Ayxan “Nazlı” adlı yeni mahnısını təqdim edib.

Bəstənin sözləri Dilarə Şahidə, musiqisi Əməkdar incəsənət xadimi Nailə Mirməmmədliyə, aranjimanı isə Hakan Erola məxsusdur.

Röya sözügedən mahnını mart ayında Bakı Konqres Mərkəzində baş tutacaq konserti üçün hazırlayıb. Belə ki, o, “Nazlı”nı musiqili gecədə iştirak edəcək xanımlara həsr edib.

Qeyd edək ki, sənətçi “Congress Center Hall”da mart ayının 7, 8 və 9-u canlı solo konsert proqramı ilə çıxış edəcək.