“Nəsimi” filmi bərpadan sonra – Video

0
437

Nizami Kino Mərkəzində böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bərpa olunmuş “Nəsimi” bədii filminin təqdimat mərasimi keçirilib.

“BALANS” Milli Rəqəmsal Bərpa Studiyası tərəfindən bərpa edilən “Nəsimi” bədii filmi 1973-cü ildə çəkilib. Bərpa edilmiş filmdə kadrlar daha canlı və rəngli təsvir edilib.

Tədbirdə Azərbaycanın tanınmış mədəniyyət, elm və ictimai xadimləri iştirak edib.