İncəsənət Gimnaziyasında “Ürəklər gülsün” adlı xeyriyyə konserti keçiriləcək

0
170

Dekabrın 26-da Azərbaycan Milli Konservatoriyasının nəzdində olan İncəsənət Gimnaziyasında M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının təşkilatçılığı ilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə “Ürəklər gülsün” adlı xeyriyyə konserti keçiriləcək.

“Sizi tanıyaq” layihəsi çərçivəsində reallaşacaq tədbir imkansız ailələrin övladları, sağlamlıq problemi olan uşaqlar üçün nəzərdə tutulub.