Google dünya əhalisinin 98%-ini HD olaraq xəritələdi

0
116

Google şirkəti illərdir ki, Xəritələr (Maps) və Earth (Dünya) servisinə investisiyalar edir. Bu günlərdə isə şirkət bu investisiyaların qarşılığını ala bilir. Belə ki, Google dünya əhalisinin 98%-ini HD olaraq xəritələyərək bir rekorda imza atıb. Həmçinin şirkət axtarış motorlarında lider olduğu kimi naviqasiya ekosistemində də lider olaraq öz yerini qorumağa davam edir.

Google şirkəti ilk dəfə nəhəng məlumat bazası haqqında danışdı. Dünya əhalisinin 98%-i HD olaraq Google Earth üçün xəritələnə bilib.

Google rəsmilərinin verdikləri məlumata əsasən ümumilikdə 50 milyon km2 ərazi xəritələnib. Bu xəritələr ortaq olaraq həm Earth, həm Maps servisləri üçün istifadə edilir. 2004-cü ildə Larry Page tərəfindən başladılan və məqsədi bütün dünyanı küçə-küçə 360 dərəcə xəritələmək olan Street View servisi isə 15 milyon km ərazini xəritələyib. Bu təxminən dünyanın çevrəsini 400 dəfə fırlanmağa bərabərdir, lakin bura Çin sərhədləri daxil deyil. Çin qadağalar səbəbi ilə xəritələnməyə icaze vermir. Bu xəritələrin əldə olunması üçün peyklərdən gələn məlumatı fotoqrametr adlanan texnologiya ilə birləşdirir. Bu səbəbdən daha dəqiq görüntü əldə edilir. Bu texnologiyadan tarixi əsərlərin VR olaraq xəritələnməsində də istifadə olunur.