Bu gündən deputatlığa nаmizədlər qeydiyyat üçün zəruri sənədləri təqdim etməlidirlər

0
135

Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsinə başlanılır.

Azərbaycan Respublikasında növbədənkənar parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, seçki sənədləri namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən təqdim olunmalıdır.

Sənədlər səsvermə gününə ən çoxu 50 və ən аzı 30 gün qalmış saat 18:00-dək, yəni 2019-cu il dekabrın 21-dən 2020-ci il yanvarın 10-u saat 18:00-dək təqdim edilməlidir.