Azərbaycanda hotellerin ulduzlaşma meyarları dəyişdirilir

0
391

Azərbaycanda bir ulduzdan beş ulduza qədər bütün hotellərə yeni meyarlar tətbiq olunacaq.

Bunu Azərbaycan Turizm Bürosunun (Büro) baş icraçı direktoru Florian Zenqstşmid bu gün keçirilən brifinq zamanı jurnalistlərə açıqlamasında deyib.

F.Zenqstşmid bildirib ki, bu meyarların daha aydın şəkildə tətbiqi üçün xarici mütəxəssislər cəlb edəcəyik:

“Bu addımı atmaqda məqsədimiz hər hansı hoteli cəzalandırmaq yox, əksinə, onların xidmət keyfiyyətini mümkün qədər atırmaqdır. Hotellərdə ulduzların tətbiqi məsələsi isə öz növbəsində  qiymətlərə də təsir göstərəcək. Belə ki, hər bir hotel öz meyarları çərçivəsində qiymət müəyyən edəcək”.