Zaqatalada Bayraq yürüşündə üç mindən çox gənc iştirak edib

0
455
  1. Zaqatala gəncləri 9 noyabr – Dövlət Bayrağı Gününü möhtəşəm bayraq yürüşü ilə qeyd ediblər. “Milli iftixarımız – şanlı Bayrağımız” şüarı ilə keçirilən ümumrayon Bayraq yürüşündə rayonun rəhbər işçiləri, ictimaiyyətin nümayəndələri və 3 mindən çox gənc iştirak edib.
    Heydər Əliyev Mərkəzinin qarşısından start götürən yürüş “Bayraq meydanı”nadək davam edib. Əllərində üçrəngli bayraq Heydər Əliyev prospekti ilə hərəkət edən gənclər dövlət atributlarımızdan olan Azərbaycan bayrağına hörmət hörmət və ehtiramlarını bildirib, doğma Vətənə, onun ayrılmaz tərkib hissəsi olan Qarabağa, torpaqlarımızın bölünməzliyinə, şəhidlərimizin ölməzliyinə dair şüarlar səsləndiriblər.
    Bayraq yürüşü sakinlər tərəfindən böyük maraqla qarşılanıb.