Yuxusuzluq gərginliyi artırır – Araşdırma

0
175

Daha əvvəl isə alimlər müəyyən etmişdilər ki, stress meningit və sepsis kimi infeksion xəstəliklər riskini artırır.

Hətta yuxusuz keçən bir gecə belə narahatlıq hissinin səviyyəsinin artmasına səbəb olur.

Bu qərara amerikalı psixoloqlar gəliblər.

Tədqiqatçılar 18 könüllüyə labaratoriya şəraitində yuxusuz gecə keçirməyi təklif ediblər. Səhər alimlər MRT vasitəsilə beynin aktivliyini müayinə ediblər.

Məlum olub ki, yuxusuz keçən bir gecədən sonra narahatlıq emosiyaların emalına məsul olan prefrontal korteksin fəaliyyətinin azalması ilə müşahidə edilir.

Həmçinin qeyd edilib ki, gərginliyi azaltmaq üçün uzun sakit yuxu lazımdır.

Daha əvvəl isə alimlər müəyyən etmişdilər ki, stress meningit və sepsis kimi infeksion xəstəliklər riskini artırır.