Toyuq dönərindən 67 tələbə zəhərləndi

0
431

Tələbələrin bəzisi həkimə özləri getsə də, bəziləri ancaq təcili yardım vasitəsilə xəstəxanaya çatdırılıblar

Türkiyənin Afyonkarahisar vilayətində dönərdən zəhərlənməsi şübhəsi ilə 67 nəfər xəstəxanaya yerləşdirilib.

Dönər
Türkiyə mətbuatına istinadla məlumatına görə, onlar hamısı yerli universitetin tələbəsidir. Hadisə dünən axşam tələbələrin yaşadığı mərkəzə yaxın Erenler Məhəlləsində baş verib.

Zəhərlənən tələbələrdə ürək bulanması və qarın ağrısı müşahidə edilib. Onların hamısı eyni dönərçidən toyuq dönəri alaraq yeyiblər. Tələbələrin bəzisi həkimə özləri getsə də, bəziləri ancaq təcili yardım vasitəsilə xəstəxanaya çatdırılıblar.

Afyonkarahisar vilayətinin Əkinçilik və Meşəçilik İdarəsi dönərin nümunələrini götürüb.

Hadisə ilə əlaqədar araşdırma aparılır.