Sumqayıtda dərs vaxtı dəhşət: Məktəblini kor etdilər – Foto

0
528

Sumqayıtda dərs vaxtı məktəbli qızın gözünü kor ediblər. Hadisə Sumqayıt şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyada baş verib.
7 a sinif şagirdi Nuriyeva Rəfiqə Elbrus qızı tarix dərsi zamanı öz sinif yoldaşları tərəfindən vəhşicəsinə döyülüb. Hadisənin baş verməsinə səbəb isə Rəfiqənin qüsurlu danışmağı olub. Bu zaman onun sinif yoldaşları Rəfiqəyə gülüb, sonra isə ona ağır bədən xəsarətləri yetiriblər. Ancaq dərs deyən Günay müəllim şagirdin döyülməsinə əhəmiyyət verməyib, hətta Rəfiqəni təhqir edərək ona tərbiyəsiz də deyib.
Bundan sonra qızın halı daha da pisləşib və ümumiyyətlə huşunu itirib. Şagirdin vəziyyətinin ağır olduğunu görən müəllimələr dərhal onun valideynlərinə məlumat verərək bildiriblər ki, Rəfiqənin halı birdən-birə pisləşib. Məktəbə gələn Elbrus Nuriyev qızını ağır vəziyyətdə Sumqayıt Şəhər Uşaq Nevroloji xəstəxanasına yerləşdirib. İlkin müayinələrdən sonra məlum olub ki, məktəblinin sol gözü kor olub, ağzı isə tamamilə əyilib. Hazırda xəstəxanada müalicə alan məktəblinin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Hadisədən sonra zərərçəkənin valideyni Rəfiqənin sinif rəhbəri Gülnarə müəllim ilə görüşüb məsələyə aydınlıq gətirmək istəsə də, o, bu məsələnin ona heç bir aidiyyatı olmadığını, bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etməyi məsləhət bilib. Məktəbin direktoru Kərimova Ayət Sadıq qızı isə məsələdən xəbərsiz olması ilə özünə haqq qazandırıb.