“Sidewalk Labs” Kanadada ağıllı şəhər inşa edəcək

0
176

Nyu-York şəhərinin keçmiş mer müavini Daniel L. Doctoroff tərəfindən 2015-ci ildə təsis edilmiş Sidewalk Labs, texnoloji həllər ilə şəhər infrastrukturunun yaxşılaşdırılması və yaşam dəyəri, səmərəli nəqliyyat və enerji istifadəsi kimi problemlərin həllini tapmağı hədəfləyir.

Bu məqsədlə, Kanadanın ən böyük şəhəri Toronto-nun yaşayış olmayan bölgəsinə ağıllı bir şəhər yaratmaq istəyən şirkət yerli hökumətdən ilkin razılığını alıb, lakin Sidewalk Labs-ın bu təşəbbüsü bəzi mübahisələrə səbəb olub.

Səlahiyyətli şəxslər, şirkətin şəhərdə yerləşdirəcəyi sensorlardan toplanan məlumatları şəffaf şəkildə paylaşmalı olduğuna qərar veriblər. 2020-ci ilin mart ayında keçiriləcək referendumda layihənin reallaşdırılması müəyyənləşdiriləcək.

Digər tərəfdən, Waterfront Toronto qrupu isə hələlik heç bir yekun sövdələşmə olmadığını bildirib. Sidewalk Labs-ın quracağı ağıllı şəhər ilk növbədə 62 hektarı əhatə edəcək. Trafik, tullantıların idarə edilməsi, nəqliyyat və enerji istifadəsi kimi problemlərin yüksək texnologiyalı həllini yaratmağı hədəfləyən şirkət, layihənin müsbət istiqamətdə hərəkət edərsə, əhatə dairəsini genişləndirəcəyini bildirib.