Prezident dəmir yolu tikintisinə 45 milyon manat ayırdı

0
356

Prezident İlham Əliyev noyabrın 7-də “Ləki–Qəbələ dəmir yolu xəttinin tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.2.6-cı yarımbəndində göstərilmiş məbləğin 45 milyon manatı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə ayrılıb.