Polşada “Azərbaycan bayrağı” festivalı çərçivəsində intellektual oyunlar keçirilib

0
434

Polşanın Qdansk şəhərində “Azərbaycan bayrağı” festivalı çərçivəsində intellektual oyunlar keçirilib.

Azərbaycan Gənclər Fondunun dəstəyi ilə keçirilmiş oyunlarda Avropanın bir sıra şəhərlərində yaşayan azərbaycanlılardan, habelə Polşanın müxtəlif universitetlərində təhsil alan polyak və azərbaycanlı tələbələrdən ibarət komandalar yarışıb.

Festivalda Krakov Universitetinin komandası qalib gəlib.