NASA alimləri Yer kürəsinə təhlükə yaradacaq “iqlim bombası” aşkar ediblər

0
323

NASA alimləri Kaliforniyada yüzlərlə antropogen mənşəli yığılmış metan mənbəyi aşkar ediblər.

Axtarış metan radiasiyalarını qeyd etməyə malik olan infraqırmızı spektrometrlə təchiz olunmuş təyyarədən istifadə olunmaqla aparılıb.

Tədqiqatçılar neft və qaz yataqları, böyük süd zavodları və poliqonlar da daxil olmaqla, 300 min obyekti araşdırıblar.

Kaliforniyada ümumi metan tullantılarının üçdə birinə cavabdeh olan cəmi 550 obyekt müəyyən edilib.

Karbon qazı kimi metan da atmosferdə istiliyi ələ alır. Ən böyük narahatlıq donmuş torpaqda yığılan qazanxanalardan havaya atılan qaz kütləsidir.

Tədqiqatçılar külli miqdarda donmuş torpağı bir “iqlim bombası” kimi qiymətləndirirlər.