Metroda problem yarandı

0
253

Metroda problem yarandı

Bakıda metroda problem yaranıb.

Bu barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat yayıb.

Onun sözlərinə görə, hadisə “Həzi Aslanov”-“İçərişəhər” xətti üzrə hərəkət edən qatarda baş verib: “Vaqonun qapısında texniki problem yaranıb. Maşinişt problemi aradan qaldırıb və qatar yola düşüb. Ümumən xətdə 5 dəqiqəyə qədər gecikmə yaranıb”.