Bu il MDB-də 13 terror qrupu zərərsizləşdirilib – Siyahıda Azərbaycan da var

0
509

Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov MDB ölkələrinin təhlükəsizlik agentlikləri və xüsusi xidmət orqanları rəhbərlər şurasının iclasında bu il terrorla mübarizə sahəsində tərəfdaş ölkələrdə aparılan birgə əməliyyatlardan danışıb.

O bildirib ki, Rusiya, Azərbaycan, Tacikistan, Qırğızıstan və Özbəkistanın xüsusi xidmət orqanları tərəfindən 2019-cu ildə beynəlxalq terror təşkilatlarının 13 qrupu aşkar edilərək fəaliyyəti dayandırılıb və 138 dəstə üzvü saxlanılıb.

O əlavə edib ki, may-oktyabr aylarında terror və ya dini ekstremist təşkilatlarla əlaqədə şübhəli bilinən 200-dən çox MDB vətəndaşı sərhəddə saxlanılıb.

Belarus təhlükəsizlik xidməti ilə birlikdə qanunsuz silah tədarükü ilə məşğul olan şəbəkə ifşa olunub, 40-dan çox silah və doqquz min silah-sursat ələ keçirilib.

Bundan əlavə, Rusiya, Belarus, Qırğızıstan, Tacikistan və Özbəkistanın xüsusi xidmət orqanları xeyli miqdarda narkotik və psixotrop maddələri dövriyyədən çıxarıb.