Bakıda qaydaları heçə sayan sürücü dəhşətli qəza törətdi – ANBAAN VİDEO

0
384

Bakıda baş verən dəhşətli qəza anı kameraya düşüb.

Avtosfer.az xəbər verir ki, “Hyundai” markalı avtomobilin sürücüsü işıqforda gözləyən zaman sağa manevr edərək, iki avtomobilin arasından keçib və qoşa xəttin tələbini pozaraq əks istiqamətə çıxıb.

Bununla da qayda pozmağa davam edən sürücü qırmızı işıqda yolayrıcına daxil olub. Bu zaman isə öz yolu ilə hərəkətdə olan digər avtomobillə toqquşub.

Nəticədə dəhşətli qəza baş verib. Qəza nəticəsində sürücülər xəsarət alıb, avtomobillərə ciddi ziyan dəyib.

Bizimlə əlaqə saxlayın