Bərdədə partlayıcı vasitənin partlaması ər-arvadı xəstəxanalıq etdi

0
197

Bərdədə partlayıcı vasitənin partlaması nəticəsində xəsarət alan iki nəfərdən birinin adı məlum olub.

Bu, Məmmədl Məhəmməd Elgiz oğludur. Digər xəsarət alan isə onun həyat yoldaşıdır.

Bərdə rayonunda “aminal” partlayıcı vasitəsinin partlaması nəticəsində iki nəfər xəsarət alıb.

Hadisə rayonun Arabaçılar kəndində qeydə alınıb. Hələlik şəxsiyyəti məlum olmayan gənc oğlanın əlində “aminal” partlayıcı vasitə ehtiyatsızlıqdan partlayıb.

Nəticədə gənc oğlan və onun həyat yoldaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hər iki yaralı rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.