Azərbaycan universitetləri ilə Polşanın ali təhsil ocaqları arasında əməkdaşlıq məsələləri müzakirə olunub

0
200

Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov Zelyonaya Qura şəhərində olub.

Səfir Zelyonaya Qura Universitetinin rəhbərliyi ilə görüşüb. Görüş zamanı sözügedən ali təhsil ocağı ilə Azərbaycanın universitetləri arasında əməkdaşlıq məsələləri müzakirə edilib. Habelə tələbə mübadiləsi imkanları barədə söhbət aparılıb.