Azərbaycan əqli mülkiyyətin qorunması üzrə göstəricilərini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb

0
179

Azərbaycan Dünya İqtisadi Forumunun hazırladığı “Qlobal rəqabətqabiliyyətlilik indeksi”nin “Əqli mülkiyyətin qorunması” göstəricisində 141 ölkə arasında 30-cu yerdə qərarlaşıb.

Azərbaycan bu göstəricidə Portuqaliya (32-ci yer), Çexiya (34-cü yer), Sloveniya (38-ci yer) kimi ölkələri qabaqlayıb.

Azərbycan reytinqdə həmçinin qonşu ölkələri də qabaqlayıb. Belə ki, bu siyahıda Türkiyə 87-ci, Rusiya 90-cı, Gürcüstan 94-cü, İran isə 136-cı yeri tutub.