Apple-1 kompüteri 1,75 milyon dollara satılır

0
184

Kompüter eBay-də satışa çıxarılıb və bu nüsxə qiymətinə görə az qala rekord sahibidir.

Apple-in ilk kompüterinin yüksək qiyməti onunla izah olunur ki, onu şəxsən Stiv Jobs yığıb. Bu unikal kompüter üçün 1,75 milyon dollar tələb olunur.

79 nömrəli model Sony TV-115 monitoru ilə təchiz olunub və 1978-ci ildə satın alınıb.

Satın alındıqdan sonra onu təbii ağacdan hazırlanan korpusa yerləşdiriblər ki, bu da onu əla vəziyyətdə saxlamağa imkan verib.