Yeni Roadster ən inkişaf etmiş və ən sürətli avtomobil olacaq

0
335

Tesla bu yaxınlarda yeni Roadster 2-ni təqdim etdi və heyrətamiz performansını sərgilədi. Bununla birlikdə Tesla, satışa təqdim edilən Roadsterin yalnız başlanğıc olduğunu və avtomobil istehsalına keçdikdə daha yaxşı olacağını söyləyir.

İlk dəfə 2017-ci ilin sonunda Tesla Semi ilə birlikdə təqdim olunan Tesla Roadster 2-nin texniki funksiyaları isə hərkəsi təəccübləndirir. Tesla, təqdimat tədbirində Roadster 2-nin 0-60 m / s (0-100 km / s) sürəti 1,9 saniyəyə, 100 m/h (160 km/saat) 4,2 saniyəyə çatdı. Bundan əlavə, maşın 250 m/h (402 km/s) qədər sürətlənə bilir və 1000 kilometrə qədər məsafəyə malikdir.

Yeni Tesla Roadster-in performansı cəlbedici olsa da, model təqdim ediləndən daha yaxşı ola bilər. Tesla-nın baş dizayneri Franz von Holzhausen, “İnkişaf edir, daha çox şeyə layiqdir və zamana ehtiyacı var. Hər baxımdan izah etdiyimizdən daha yaxşı olacaq” deyə açıqlama verərkən maşına olan inamını dilə gətirdi.

Hər şey plana uyğun olaraq davam edərsə, yeni nəsil Roadster 2020-ci ildə istehsalına başlanılacaq və təxminən 200.000 dollar dəyərində olacaq. Tesla, aprel ayında avtomobilin aşağıda görə biləcəyiniz ilk şəklini paylaşmışdı