Tanınmış aparıcıya vəzifə verildi – Açıqlama

0
438

Tanınmış telejurnalist, aparıcı Bəhruz Niftəliyev “Mədəniyyət” kanalında direktor müavini vəzifəsinə təyin olunub.
Bu barədə jurnalist özü məlumat verib.
B.Niftəliyev bu təyinatın onun üçün gözlənilməz olduğunu bildirib:
“Bu xəbər mənim üçün gözlənilməz oldu. Gəncləşən və inkişaf edən Azərbaycan televiziyasında belə bir vəzifənin mənə həvalə olunması qürurvericidir. Məni bu vəzifəyə layiq gördüyü üçün rəhbərliyə təşəkkür edirəm”.