Suriyada 459 terrorçu zərərsizləşdirildi

0
356

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi “Sülh Çeşməsi Hərəkatı” antiterror əməliyyatı çərçivəsində PKK/PYD və YPG terror qruplaşmalarının 459 terrorçusu zərərsizləşdirilib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında  antiterror əməliyyatına başlayıb.