Sevinc Abbasovaya hökm oxunmadı

0
242

Sevinc Abbasovaya hökm oxunmadıBu gün Səbail Rayon Məhkəməsində məktəbdə intihar edən şagird Elina Hacıyevanın ölümü ilə bağlı təqsirləndirilən direktor Sevinc Abbasovanın məhkəməsi keçirilib.

Hakim Azər Tağıyevin icraatında olan prosesdə vəkillər çıxış edib. Onlar çıxışlarında Sevinc Abbasovaya daha ağır cəza verilməsini istəyiblər.

Təhsil Nazirliyinin nümayəndəsi isə çıxışında mülki iddianın onlara aid hissədə təmin edilməməsini məhkəmədən xahiş edib.

Proses oktyabrın 24-də davam etdiriləcək.

Xatırladaq ki, oktyabrın 16-da baş tutan məhkəmə prosesində Sevinc Abbasova ev dustaqlığında olduğu üçün prokuror onun 2 il 6 ay müddətinə azadlığının məhdudlaşdırılmasını istəmişdi.